\

\"Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək\" - Prezident 

Hazırda oxunan: \"Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək\" - Prezident 

22754

"İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır"

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində deyib.

Prezident bildirib ki, bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək:

"Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Ermənistan isə məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən vəhşidir.
 

MÖVZU İLƏ BAĞLI:

"Elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq" - İlham Əliyev


Bunun başqa adı yoxdur. Təkcə bura deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Mən maşınla yüz kilometrlərlə torpaqları gəzərkən gördüm ki, sağda-solda hər şey dağıdılıb, talan edilib. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib.

Mən bunu demişəm, bir daha burada Respublika Günündə Ağdam şəhərində demək istəyirəm, bizim müharibəmiz təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bizim müharibəmiz faşizm əleyhinə müharibədir. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, bax, ermənilərin aqibətinə bənzər olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO