Suriyadan Azərbaycana repatriasiya olunmuş vətəndaşların sayı AÇIQLANDI

Suriyadan Azərbaycana repatriasiya olunmuş vətəndaşların sayı AÇIQLANDI

Hazırda oxunan: Suriyadan Azərbaycana repatriasiya olunmuş vətəndaşların sayı AÇIQLANDI

227497

Azərbaycan Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”na uyğun olaraq 2024-cü il ərzində də Azərbaycan vətəndaşlarının repatriasiyası davam etdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.

Bildirilib ki, 1990-cı illərdən etibarən Türkiyəyə köçmüş və hazırda orada yaşayan Azərbaycan vətəndaşı olması ehtimal olunan şəxslər, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş şəxslərin ailə üzvləri ilə bağlı müvafiq iş davam etdirilib, digər tədbirlərlə yanaşı, müvafiq müraciətlər əsasında 3567 ədəd ümumvətəndaş pasportu çap olunub, onlardan 3461-i vətəndaşlara təqdim edilib.

2020-2024-cü illər ərzində Suriyadan Azərbaycana repatriasiya olunmuş vətəndaşların sayı 172 nəfəri uşaq və 52 nəfəri qadın olmaqla 224-ə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO