Rumıniya Prezidenti: “Təyyarə faciəsi ilə bağlı Azərbaycan xalqı ilə həmrəyik”

Rumıniya Prezidenti: “Təyyarə faciəsi ilə bağlı Azərbaycan xalqı ilə həmrəyik”

Hazırda oxunan: Rumıniya Prezidenti: “Təyyarə faciəsi ilə bağlı Azərbaycan xalqı ilə həmrəyik”

227495

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Bizim.Media başsağlığı məktubunda deyilir:

“Cənab Prezident.
 

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə hərəkət edən Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Rumıniya vətəndaşları və hökuməti adından Sizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.


Xəsarət alanların tezliklə sağalmalarını diləyir, həmçinin xalqınızla həmrəy olduğumuzu bildirirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO