Rusiyanın dövlət müşaviri: “Rusiya hakimiyyət orqanlarından təyyarə qəzası ilə bağlı izah tələb edirik” – ÖZƏL

Rusiyanın dövlət müşaviri: “Rusiya hakimiyyət orqanlarından təyyarə qəzası ilə bağlı izah tələb edirik” – ÖZƏL

Hazırda oxunan: Rusiyanın dövlət müşaviri: “Rusiya hakimiyyət orqanlarından təyyarə qəzası ilə bağlı izah tələb edirik” – ÖZƏL

227274

"Azərbaycan vətəndaşları ilə yanaşı, biz – Rusiya vətəndaşları da Rusiyanın hakimiyyət orqanlarından təyyarə qəzası ilə bağlı aydın məlumat, izah tələb edirik".

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiyanın 1-ci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru Tatyana Poloskova deyib. 

AZAL-a məxsus təyyarənin Rusiya tərəfindən vurulması ilə bağlı xəbərləri şərh edən analitik, Moskvanın məsuliyyəti üzərinə götürüb, vəziyyəti izah etməli olduğunu bildirib:

“Əgər komissiya təyyarənin vurulduğunu təsdiqləsə, o zaman yeganə yol rəsmi üzr istəmək və təzminat ödəməkdir. Cinayətkarlar tapılmalı və sərt şəkildə cəzalandırılmalıdır. 

Kim təyyarəni Aktauya göndərmək əmrini verib?! Eyni zamanda, rəsmi və aydın məlumat olmadığından sosial şəbəkələrdə müxtəlif şayiələr də yayılmaqdadır. Bəzi iddialara görə isə təyyarənin batması üçün onu Aktauya yönləndiriblər", - deyə T.Poloskova qeyd edib.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO