Qvineya-Bisaunun rəhbəri İlham Əliyevə başsağlığı verdi

Qvineya-Bisaunun rəhbəri İlham Əliyevə başsağlığı verdi

Hazırda oxunan: Qvineya-Bisaunun rəhbəri İlham Əliyevə başsağlığı verdi

227208

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də çoxsaylı insanın faciəli şəkildə həlak olması ilə nəticələnən qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladım.

Bu matəm günündə Zati-alinizə və Azərbaycan xalqına Qvineya-Bisau xalqının adından və öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO