Andjey Duda dövlətimizin başçısına BAŞSAĞLIĞI VERDİ

Andjey Duda dövlətimizin başçısına BAŞSAĞLIĞI VERDİ

Hazırda oxunan: Andjey Duda dövlətimizin başçısına BAŞSAĞLIĞI VERDİ

227195

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması, çoxlu sayda insanın həlak olması və yaralanması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu fəlakət zamanı həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirəm. Ölkəmizin bütün vətəndaşları Azərbaycan xalqının hüzn və kədərinə şərikdirlər.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO