Qazandığımız zəfərlə babalarımızın da ruhunu şad etdik – Razi Nurullayev

Qazandığımız zəfərlə babalarımızın da ruhunu şad etdik – Razi Nurullayev

Hazırda oxunan: Qazandığımız zəfərlə babalarımızın da ruhunu şad etdik – Razi Nurullayev

22712

“Biz hər il müstəqillik günümüzü qeyd edəndə hər il deyirdik ki, inşallah gələn il bu zamanlar Qarabağımız, Şuşamız azad olsun. 2021-ci ilin 28 may günü ilk dəfə Azərbaycanın dünyada ərazi bütövlüyünü təmin etməsi ilə müşayət olunur. İşğalda olunan torpaqlarımız azaddır, Şuşa da azaddır. Bu bayramı bizim üçün on qat daha gözəl edir”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Razi Nurullayev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada səslənən “Mehtər marşı” - İlk dəfə Respublika Günü qeyd olundu - VİDEO


O, açıqlamasında bildirib ki, bu il 28 May Respublika günü xüsusi olaraq böyük zəfərimizlə qeyd olunur: 

“Bu gün biz azadıq. Mənə elə gəlir ki, bu qazandığımız böyük zəfərimizə görə, ilk demokratik dövlətimizin qurucu olan babalarımızın da ruhu şaddır. Çünki onların bizə miras qoyub getdiyi torpaqlarımızı qanımız, canımız bahasına azad etdik, qoruduq. Bu həm Azərbaycan xalqının möhkəm birliyini yaratdı, həm də torpaqlarımızı mənfur düşmənlərdən azad etdi. Artıq yeni arzularımız əmələ gəlib”.

Sonda millət vəkili Qarabağa tezliklə yeni nəfəsinin gələcəyini, tezliklə insanların öz doğma torpaqlana qayıdacağı barədə də danışıb:

“Bizim indiki məqsədimiz tezliklə Qarabağın, işğaldan azad olunan ərazilərimizin bərpası və qaçqın, köçgünlərimizin həmin ərazilərə qaytarılmasıdır. Bütün bunlar da iqtisadiyyatımızın inkişafına öz töhfəsini verəcək və Azərbaycan xalqı daha gözəl və firavan günlər yaşayacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO