Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, təyyarə qəzası ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi heyət Qazaxıstandadır.
Bizim.Media xəbər verir ki, Azərbaycandan göndərilən xüsusi nümayəndə heyəti Aktau şəhərində qəzanın baş verdiyi yerə gediblər.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan rəsmiləri Aktau şəhərinə ÇATDI - VİDEO
Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub.
Bizim.Media