Dmitri Savelyev İlham Əliyevi TƏBRİK ETDİ

Dmitri Savelyev İlham Əliyevi TƏBRİK ETDİ

Hazırda oxunan: Dmitri Savelyev İlham Əliyevi TƏBRİK ETDİ

226811

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Azərbaycan Respublikasının parlamenti ilə dostluq qrupunun əlaqələndiricisinin müavini Dmitri Savelyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Azərbaycanın və xalqınızın inkişafı, firavanlığı, regionda və dünyada bərabərhüquqlu əməkdaşlığın, ədalətli nizamın sabitliyinin möhkəmləndirilməsi naminə fədakar əməyinizin əhəmiyyətini yüksək qiymətləndiririk.
 

Sizin qeyri-adi şəxsi keyfiyyətləriniz, milli və dünya liderinə xas olan rəhbər və strateq kimi böyük səriştəniz dərin hörmət və heyranlıq doğurur. Müdrik, istedadlı, ilhamverici rəhbərliyiniz ölkənizin dünya miqyasında mövqeyini ildən-ilə möhkəmləndirir, Azərbaycan ilə Rusiya arasındakı səmimi münasibətlərin inkişafına töhfə verir, ən iddialı birgə layihələrin həyata keçirilməsinə şərait yaradır.


İcazə verin, bu xoş gününüzdə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, doğma ölkənizin rifahı naminə bütün möhtəşəm planlarınızı həyata keçirmək üçün tükənməz enerji və güc arzulayım. Sizə, doğmalarınıza və yaxınlarınıza firavanlıq və əmin-amanlıq, ölkənizə sülh və tərəqqi diləyirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO