XİN başçısı NATO qurbanlarının xatirəsini yad etdi - FOTO

XİN başçısı NATO qurbanlarının xatirəsini yad etdi - FOTO

Hazırda oxunan: XİN başçısı NATO qurbanlarının xatirəsini yad etdi - FOTO

226655

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın paytaxtı Belqradda NATO-nun 1999-cu ildə Yuqoslaviya Federativ Respublikasına hücumuna həsr olunmuş abidəni ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-nin rəsmi “X” hesabında qeyd edilib.

“Ürəyimizdə ağrı ilə 1999-cu il bombardmanlarının uşaq qurbanlarının xatirəsinə həsr olunmuş abidəni ziyarət etdik və gül qoyduq. Mülki şəxslərə, xüsusilə uşaqlara qarşı təcavüz qəbuledilməzdir, bu dəhşətli cinayətləri törədənlərin hamısı məsuliyyətə cəlb edilməlidir”, – paylaşımda bildirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO