Emoməli Rəhmon İlham Əliyevi TƏBRİK ETDİ

Emoməli Rəhmon İlham Əliyevi TƏBRİK ETDİ

Hazırda oxunan: Emoməli Rəhmon İlham Əliyevi TƏBRİK ETDİ

226632

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.
 

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.


Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə davamlı sosial-iqtisadi inkişaf yolunda irəliyə doğru inamla addımlamaqda davam edir, regional və beynəlxalq məsələlərdə mühüm konstruktiv rol oynayır. Bu istiqamətdə ardıcıl fəaliyyətiniz Sizə həmvətənləriniz arasında və dünya arenasında yüksək nüfuz qazandırıb.

Ölkələrimiz arasında dostluq münasibətlərinin və əməkdaşlığın hərtərəfli genişləndirilməsinə Sizin daimi diqqətinizi xüsusi qeyd etmək istərdim. Möhkəm siyasi iradə sayəsində biz bu il Tacikistan-Azərbaycan qarşılıqlı münasibətlərini keyfiyyətcə yeni strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişik.

Qardaş xalqlarımızın köklü maraqlarına uyğun olaraq bu prosesin gələcəkdə də inkişaf etdirilməsinə hazırıq.

Dostluğumuzun və şəxsi münasibətlərimizin etimada əsaslanan xarakterini yüksək qiymətləndirirəm. Əminəm ki, biz birgə səylərlə gələcəkdə də ölkələrimizin çoxtərəfli əlaqələrini yeni quruculuq nümunələri ilə zənginləşdirəcək və əməkdaşlığımızın daha da möhkəmlənməsinə nail olacağıq.

Əziz İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və dost Azərbaycan xalqının rifahı naminə məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO