Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin rəhbərliyinizlə Azərbaycanın qarşıya qoyduğu bütün məqsədlərə nail olmasını, bundan sonra da sürətlə inkişaf etməsini diləyir, Sizə ən xoş arzularımı çatdırıram.
Əminəm ki, qardaş xalqlarımız arasında mövcud olan sıx dostluq və əməkdaşlıq bundan sonra da hərtərəfli möhkəmlənəcəkdir.
Mən bizim münasibətlərimizi çox yüksək qiymətləndirirəm və Sizinlə olan bütün görüşlərimizi həmişə səmimi hisslərlə xatırlayıram.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və böyük müvəffəqiyyətlər, ailənizə xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh və rifah arzulayıram”.
Bizim.Media