Makronun növbəti MƏĞLUBİYYƏTİ – Daha bir ölkə fransız qoşunlarını QOVUR...

Makronun növbəti MƏĞLUBİYYƏTİ – Daha bir ölkə fransız qoşunlarını QOVUR...

Hazırda oxunan: Makronun növbəti MƏĞLUBİYYƏTİ – Daha bir ölkə fransız qoşunlarını QOVUR...

226182

Makron Fransası Afrikadakı mövqelərini bir-bir itirməkdə davam edir. Mali, Burkina Faso və Nigerin ardınca indi də Çad Fransadan qoşunlarını geri çəkməsini istəyir. Çad hökuməti Parislə müdafiə sahəsində əməkdaşlıq haqqında müqaviləni ləğv edərək, Fransız qoşunlarının ölkədən çıxarılmasını tələb edir. Çad hakimiyyəti Fransa qoşunlarının 2025-ci ilin 31 yanvarına qədər ərazisindən çıxarılmasında maraqlıdır. Bununla da Fransanın mart ayına qədər qoşunlarını çıxarmaq üçün müəyyənləşdirdiyi qrafik rədd edilib. Qeyd edək ki, Çadda Fransanın mindən bir qədər artıq əsgəri var.

Hətta Seneqalın yeni prezidenti Bassiou Dyumaye Fay da ölkəsindəki fransız bazaların bağlanmasının vacibliyini qeyd edərək, onların ölkənin suverenliyini sarsıtdığını vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Makronu gözləyən RƏZİL SONLUQ – Fransa xalqı onu vaxtından əvvəl YOLA SALACAQ?


Bütün bunlar onu göstərir ki, Parisin Afrikada nüfuzu günü-gündən daha da sarsılır. Bu isə Makron Fransasının Afrika siyasətinin uğursuzluğa düçar olmasının nəticəsidir.

Beləliklə, Paris növbəti dəfə rəzil duruma düşüb.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Fransa beynəlxalq münasibətlər sistemində artıq demək olar bütün gücünü itirmiş vəziyyətdədir:

“Parisin mövqeləri kifayət qədər zədələnib. Artıq dünyanın heç bir yerində ona hörmət etmirlər. Belə olan məqamda Fransa həm öz koloniyalarında etirazlarla qarşılaşır, həm də daxildə etirazlar olduqca kəskinləşib. Paris xüsusən də Afrika coğrafiyasında dərin problemlərlə üz-üzədir. Niger, Mali, Burkina Faso xalqı Fransanı öz ölkələrindən qovub.

İndi Çad da Fransaya qapını göstərir.

Bu belə də olmalı idi. Çünki təbii sərvətlərlə zəngin Afrika coğrafiyasında yerli xalqlar böyük ağrı-acılar yaşayır, istismar edilirlər. Afrikanın təbii sərvətləri, bütün digər ehtiyatları abırsız bir formada Fransa tərəfindən istismar edilir. Bu da onu göstərir ki, Paris təkcə koloniyalarında neomüstəmləkəçilik siyasəti aparmır, eyni zamanda, müstəqil coğrafiyalarda da rəzil, qəbuledilməz və ağlasığmaz iyrənc siyasət həyata keçirməkdə davam edir”.

Həmsöhbətimiz qeyd edir ki, Makronun yanlış siyasəti Fransanı tarixin ən pis ölkəsinə çevirib:

“Azərbaycan Prezidenti Rusiya kanalına verdiyi müsahibədə də makron Fransasının siyasi mənzərəsini ən dədiq formada ifadə edib. Bu gün Makronun yarıtmaz siyasəti, Fransanın beynəlxalq münasibətlər sistemində aqressiv və qeyri-adekvat addımları, onun dağıdıcı siyasəti Parisi bütün dünyada biyabır edib. Fransa qlobal dünyada tamamilə nüfuzdan düşmüş vəziyyətdədir ki, bunun da tək günahkarı Emmanuel Makron və onun hökumətidir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO