Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov bu gün Bakıya işgüzar səfərə gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Minnixanovun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfər Azərbaycan tərəfinin dəvəti ilə həyata keçirilir.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Rüstəm Minnixanovu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edilib ki, Rüstəm Minnixanovun səfər proqramına bir sıra müəssisələrə səfərlər, həmçinin rəsmi görüşlər və işgüzar danışıqlar daxildir.
Bizim.Media