Heydər Əliyev Fondu əksər Afrika ölkələri üçün bir nömrəli problem olan içməli su ilə təchizat məsələsinə öz töhfəsini verib. Belə ki, Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində Ruandanın şərq əyalətinin administrativ mərkəzi Rvamaqana şəhər məktəbi içməli su ilə təchiz edilib.
Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandaya səfəri zamanı Rvamaqana şəhər məktəbində olub.
Qeyd olunub ki, məktəb binasının yerləşdiyi ərazidə Heydər Əliyev Fondunun dəstəyi ilə su quyusu qazılaraq saatda 3 tona yaxın içməli suyun verilməsi təmin edilib. Bundan əvvəl sakinlər tələbatlarını təmin etmək üçün yağış suyundan asılı vəziyyətdə olublar.
Məktəblə tanışlıq zamanı şagirdlər Azərbaycan haqqında daha geniş məlumat əldə edib, ölkəmizin ənənəvi təamlarından dadıblar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:51 / 14.12.2024
Heydər Əliyev Fondunun dəstəyi ilə Ruanda məktəbi içməli su ilə təchiz OLUNDU – FOTO
Hazırda oxunan: Heydər Əliyev Fondunun dəstəyi ilə Ruanda məktəbi içməli su ilə təchiz OLUNDU – FOTO
Hazırda oxunan: Heydər Əliyev Fondunun dəstəyi ilə Ruanda məktəbi içməli su ilə təchiz OLUNDU – FOTO
225212
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.