İran hansı planı qurur? – Fərhad Məmmədovdan Cavad Zərifin səfərinə ŞƏRH 

İran hansı planı qurur? – Fərhad Məmmədovdan Cavad Zərifin səfərinə ŞƏRH 

Hazırda oxunan: İran hansı planı qurur? – Fərhad Məmmədovdan Cavad Zərifin səfərinə ŞƏRH 

22504

“İlin əvvəlindən bu yana İran xarici işlər nazirinin ikinci səfəridir. Bu da onu göstərir ki, İran regionda gedən proseslərdən kənarda qalmaq istəmir. İkincisi də artıq hazırlanan formatlarda öz iştirakını təmin etmək istəyir. Yəni, burada ilk növbədə İran tərəfində belə bir anlayış mövcuddur ki, bölgədə kommunikasiyaların açılması ilə bağlı konkret qərar var. İran tərəfi isə bu qərarın icrasında iştirak etmək və öz maraqlarını təmin etmək istəyir”.
 

MÖVZU İLƏ BAĞLI:

Əl-Əqsa Ağdam məscidindən daha müqəddəsdir? - İran jurnalistlərinin Qarabağa gəlməmə SƏBƏBİ 


Bu fikirləri İran XİN rəhbəri Cavad Zərifin Bakı və İrəvana səfərini Bizim.Media ilə şərh edən politoloq Fərhad Məmmədov açıqladı və əlavə etdi ki, bütün bunlar Azərbaycanın marağındadır: 

“Çünki kommunikasiyaların açılışı regionda postkonflikt əhval-ruhiyyəni gücləndirir və dərinləşdirir. Yəni, geriyə yol yoxdur. İranın birbaşa marağı var. Azərbaycanla ənənəvi şimal-cənub formatında fəaliyyət göstərir.


Bu yaxınlarda da gözlənilir ki, İran üzərindən sanksiyalar götürüləcək.

Bununla da nəqliyyat dəhlizləri İran üçün tam olaraq açılacaq. Həm şimal qonşuları, həm də Avropa ilə ticarət dövriyyəsi artacaq. Digər tərəfdən İranın Ermənistanla olan nəqliyyatları ancaq avtomobil yolu idi. Bura dəmir yolu da əlavə olunmalıdır. Onu nəzərə almaq lazımdır ki, İrəvanın məlum qərarı var ki, bu da Türkiyə mallarının ölkədə (Ermənistanda) satışına qadağa qoyulmasıdır. Nəzərə alsaq ki, Ermənistanla Türkiyənin ticarət dövriyyəsi 300 milyon dollara yaxın idi, bu miqyasda dövriyyəni İran öz üzərinə götürməyi planlaşdırır. Bunun üçün nəqliyyat dəhlizi çox əhəmiyyətlidir ki, Tehran müvafiq malları vaxtlı-vaxtında, ucuz formada Ermənistana çatdırsın.

Ona görə Naxçıvan üzərindən Ermənistana dəmir yolu ilə çıxış əldə etmək İranın üçün çox vacibdir”. 

Politoloq sonda vurğuladı ki, regionda proseslər inkişaf edir və bunun təşəbbüskarı Azərbaycandır.

"İran tərəfinin səfərlərini isə bölgədə yaranan və artıq realizə üçün nəzərdə tutulan işlərin ilk mərhələsində iştirak etmək niyyəti kimi dəyərləndirmək olar." 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO