“Erməni təxribatlarına Naxçıvandan cavab verməliyik” – Sabiq NAZİR

“Erməni təxribatlarına Naxçıvandan cavab verməliyik” – Sabiq NAZİR

Hazırda oxunan: “Erməni təxribatlarına Naxçıvandan cavab verməliyik” – Sabiq NAZİR

22465

“Sərhəddəki erməni təxribatlarına Naxçıvandan cavab verməliyik! Erməni təxribatları yeni bir münaqişə zonası yaratmağa, vasitəçiləri aldatmağa, bəlkə də Minsk qrupunu geri qaytarmağa yönəlib”.

Bizim.Media xəbər verir ki, bu sözləri sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə növbəti mərhələdə beynəlxalq təhlükəsizlik nəzarət missiyası qurmaq lazımdır:
 

MÖVZU İLƏ BAĞLI:

SƏRHƏDDƏ İNSİDENT – Ağdamdakı Monitorinq Mərkəzi niyə susur?


“Bu missiyanın bazası olaraq Kasparşikdən bir qrup səhra köməkçisinin ilkin mərhələyə cəlb olunacağı istisna deyil. Sərhəddəki vəziyyəti ağırlaşdıran Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaq üçün Qarabağdakı hüquqi əsasını itirmiş Minsk Qrupu və bəzi Qərb qruplarının əmrini yerinə yetirir.

Düşmənin niyyəti başa düşüləndir, ancaq cavab hərəkətlərimiz onlar üçün çox gözlənilməz ola bilər. Bəs, Zəngilandakı  sərhədçilərimizi atəşə tutan Ermənistanın atəş nöqtələrini “basdırsaq” nə olar? Özü də bunu Naxçıvandan etsək?”, - deyə politoloq əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO