İlham Əliyev israilli naziri QƏBUL ETDİ - VİDEO

İlham Əliyev israilli naziri QƏBUL ETDİ - VİDEO

Hazırda oxunan: İlham Əliyev israilli naziri QƏBUL ETDİ - VİDEO

221853

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevi qəbul edib. 

Bizim.Media xəbər verir ki, Miri Reqev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun salamlarını dövlət başçısına çatdırıb. 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrailin dövlət başçısına çatdırmağı xahiş edib. 
 

Görüşdə Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmli olduğu qeyd edilib. 


Miri Reqev COP29-un yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. 

Söhbət zamanı ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO