Noyabrın 18-də Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri mükafatlandırılıb və fotosərgi açılıb.
Bizim.Media xəbər verir ki, tədbirdə Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Maliki, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Layihə IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dəstəyi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, tanınmış̧ fotoqraf Reza Deqatinin təşəbbüsü̈ ilə həyata keçirilib.
Tədbirdə çıxış edən Leyla Əliyeva bildirib ki, bu sərgi planetimizin gözəlliklərini və onun üzləşdiyi çağırışları uşaqların gözü ilə nümayiş etdirir. "Onların baxışlarında mərhəmət, anlayış və həssaslıq var. Mən düşünürəm ki, hər birimizdə təbiəti mühafizə etmək istəyi mövcuddur. Biz bu hisslə dünyaya gəlirik, ancaq vaxt keçdikcə bunu unuduruq. Bu sərgi bizə ayaq saxlamağı, dərindən nəfəs almağı, təbiəti və həyatı hiss etməyi bir daha xatırladır. Uşaqlar təkcə bizim gələcəyimiz deyil, onlar, həmçinin bizim bu günümüzdür. Yalnız uşaqlar bu günlə yaşamağı bacarırlar”.
Bizim.Media