Stalinin ən yaxını, Xruşşovun sağ əli, Brejnevin ən çox hörmət etdiyi adam. Mixail Andreyeviç Suslov 21 oktyabr 1902-ci ildə Rusiyanın Saratov şəhərindəki bir kənddə çox kasıb bir ailədə anadan olmuşdur.Atası bir müddət Bakıda fəhləlik etmişdir.Ailəsi torpaqsız bir kəndli ailəsi idi və uşaqlığı yoxsulluq içində keçmişdir.
1918-ci ildə Komsomol və Kasıblıqla Mübarizə Komitəsinə üzv olmuşdur.1921-ci ildə Sovet Komunist Partiyasına üzv olmuşdur.
1924-1928-ci illərdə Moskva Dövlət Universtetinin iqdisadiyyat fakültəsində təhsil almışdır.
Birinci Dünya savaşında Şərq cəbhəsində görəvləndirilir, xüsusi aktiv fəalliyəti ilə seçilir.
1944-cü ildə sovet qoşunlarının yenicə işğal etdiyi Litvaya Mərkəzi Komitəsinin sədri təyin edilir.1946-cı ildə isə SSRİ KP-nin xarici siyasət şöbəsinin başına gətirilir.1 il sonra isə Stalin tərəfindən partiyanın təbliğat şöbəsinin sədri təyin edilir.Bu SSRİ dövlət aparatında çox ciddi və nüfuzlu vəzifə hesab olunurdu.Suslov ölənə qədər bu vəzifədə olur.
1952-ci ildə Stalin tərəfindən SSRİ Komunist Pariyasının Mərkəzi Komitəsinin rəhbəri təyin edilir.Rus analitk Jores Medvedevə görə Stalin ən çox Suslova güvənirdi və özünən soraya məhz onu varis təyin etmişdi.
Ancaq Suslov şah olmaq yox şah yaratmq arzusuna düşür və rahat idarə edə biləcəyi, Stalinin kef məclislərinin təlxəyi Xruşşovu dövlətin başına keçirir.Ancaq ölkədə yenədə bütün iplər onun əlində idi.Xruşşov onun gözündən 1962-ci ildəki Karib böhranı zamanı düşür.Bundan sora Mərkəzi Komitə Xruşovu 1964-cü ildə vəzifədən azad edərək onun yerinə Suslovun yaxın dosdu olan və onun dəstəklədiyi Leonid Brejnevi getirir.Brejnev dövründədə ölkədə əsas söz sahibi olur.O bu dövrdə yeganə adam olmuşdurki Brejnev ona adı ilə deyil yoldaş Suslov deyə müraciət edirdi.O diger partiya rəhbərləri kimi kef meclisleri sevmir adi avtomobili 60-dan yuxari surmeye qoymurmus.
Maraqlidirki bu insana hec kimin hediyye vermeye cürəti belə çatmırmış.Partiyada hər kəsdən gec onun otağının işığı sönər, bütün iclasdarda vaxtında olar, heç bir kef məclisinə qatılmaz, qatılsa belə çox qısa zaman orda olarmış.
Özündən sora sirli ömür yolu qoyub getmiş Sovet nomenerektura atası 25 yanvar 1982-ci ildə 79 yaşında qəflətən beyninə qan sızması nəticəsində müəmmalı şəkildə vəfat edir.Onun dəfni televizya ilə canlı yayımlanır və ölkədə 3 günlük matəm elan olunur.O Krem Divarı Məzarlığında dəfn edilmişdir.
Zeynal Əmrəliyev,xa0
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin Tarixçilər qrupunun baş araşdırmaçısı



































































































