Azərbaycanla BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi arasında əməkdaşlıq müzakirə olundu - FOTO

Azərbaycanla BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi arasında əməkdaşlıq müzakirə olundu - FOTO

Hazırda oxunan: Azərbaycanla BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi arasında əməkdaşlıq müzakirə olundu - FOTO

220882

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsinin icraçı direktoru Qada Vali ilə görüşüb.


Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə transmilli cinayətkarlıq, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində əməkdaşlıq məsələləri, habelə ölkəmizin COP29 sədrliyi çərçivəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
 

Nazir Ceyhun Bayramov ölkəmizin müvafiq qurumları ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi arasında əməkdaşlığın, habelə COP29 çərçivəsində həyata keçirilən birgə tədbirlərdən bəhs edib.


Transmilli cinayətlərlə mübarizə üzrə təlim-tədris məsələlərinin əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə müxtəlif qurumların əməkdaşları üçün birgə layihələrin faydalı ola biləcəyi bildirilib.
Ölkəmizin COP29 sədrliyi çərçivəsində bir sıra əhəmiyyətli təşəbbüslərlə çıxış etdiyi, bu istiqamətdə iqlim dəyişikliyi və beynəlxalq sülh arasında əlaqəyə vurğu edən “Atəşkəs çağırışı”nın xüsusilə təqdirəlayiq olduğu qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO