BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizə gələn Bolqarıstan Respublikası Prezidentinin xanımı Desislava Radeva Şamaxıya səfər edib.
Bizim.Media xəbər verir ki, səfər zamanı qonaq Azərbaycanın ən qədim məscidində - Cümə Məscidində olub.
Məscidin axundu Mərəhməd Mustafayev qonağa Azərbaycandakı multikultural mühit və dini dəyərlər barədə məlumat verib.
Sonra Desislava Radeva rayonun kənd təsərrüfatı və turizm müəssələri ilə tanış olub. Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov qonağa Şamaxının tarixi, mədəni həyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı ilə bağlı həyata keçirilən layihələrdən danışıb.
Bolqarıstanın birinci xanımı Şamaxıya səfəri zamanı "Yaşıl dünya naminə həmrəylik ili"nə töhfə olaraq ağac əkib.
Bizim.Media