Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin Rusiya və Azərbaycan arasında bir sıra istiqamətlər üzrə əməkdaşlığın fəal inkişafını vurğulayıb.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevlə görüşündə Mişustin Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidentinə səmimi təbriklərini çatdırıb və BMT-nin iqlim konfransının yüksək səviyyədə təşkilini xüsusi olaraq qeyd edərək, müvafiq işlərə görə təşəkkürünü bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Mişustinlə görüşdü
İki tərəfli gündəlik məsələləri müzakirə edərkən, Mixael Mişustin qarşılıqlı ticarət dövriyyəsinin artdığını və bir sıra sahələrdə, o cümlədən sənaye, enerji, kənd təsərrüfatı, mədəni-humanitar əlaqələrin inkişafı və rəqəmsallaşma sahələrində fəal əməkdaşlığın mövcudluğunu da vurğulayıb.
Bizim.Media