“Azərbaycan Prezidentinin xanımı, əziz dostum Mehriban Əliyevanın ev sahibliyi ilə Bakıda keçirilən “İqlim Hərəkatının Gənclər Proqramı”nda liderlərin xanımları ilə görüşdük. Daha yaxşı bir dünya üçün ən böyük təminatımız olan gənclərin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində hazırladıqları layihə haqqında təqdimatlarını dinlədik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və digər liderlərin xanımları ilə Bakıda COP29 çərçivəsində görüşlə bağlı paylaşımında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Mehriban Əliyeva COP29-un Liderlər Sammiti ilə bağlı paylaşım edib - FOTO
Türkiyənin birinci xanımı qeyd edib ki, görüş çərçivəsində sıfır tullantı layihəsi ətrafında aparılan işləri paylaşıb:
“Qlobal Sıfır Tullantı hərəkatı bizə dünyamızı bizdən sonrakı nəsillər üçün qorumaq məsuliyyətimizi xatırladan güclü bir dəvətdir. Bu dəvətdə iştirak edən, Qlobal Sıfır Tullantıların Xoşməramlı Bəyannaməsini imzalayan və "ZeroWaste" ailəsinə qoşulan hər kəsə ürəkdən təşəkkürümü bildirirəm.
Ümid edirəm ki, gənclərin rəhbərliyi altında təmiz və davamlı gələcəyə doğru birlikdə irəliləyəcəyik".
Azerbaycan Cumhurbaşkanı’nın eşi, değerli dostum Mehriban Aliyeva’nın ev sahipliğinde lider eşleri ile birlikte Bakü’de “İklim Hareketinin Öncüsü Gençler Programı”nda buluştuk.
— Emine Erdoğan (@EmineErdogan) November 12, 2024
Daha yaşanabilir bir dünya için en büyük güvencemiz olan gençlerin, iklim değişikliği ile mücadele… pic.twitter.com/4NVa9HigIY
Bizim.Media