“Reuters”: Dünya liderləri iqlim maliyyəsini müzakirə etmək üçün Bakıya toplaşır –CANLI

“Reuters”: Dünya liderləri iqlim maliyyəsini müzakirə etmək üçün Bakıya toplaşır –CANLI

Hazırda oxunan: “Reuters”: Dünya liderləri iqlim maliyyəsini müzakirə etmək üçün Bakıya toplaşır –CANLI

220307

Bütün diqqətlər Bakıya yönəlib. Dünyanın aparıcı televiziyaları və KİV-ləri Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindən canlı yayımlar, eksklüziv paylaşımlar edir.

Bizim.Media xəbər verir ki, Liderlər Sammitinə canlı qoşulan “Reuters” Agentliyi BMT-nin Baş katibi Antonio Quterreş Sammitdəki çıxışından qısa tezislər də dərc edib:

"Bu, qarşısı alına bilən ədalətsizliyin hekayəsidir. Zənginlər problem yaradır, ən yüksək qiyməti kasıblar ödəyir."

"CO2 yanacaqlarını ikiqat azaltmaq absurddur. Ona görə də təmiz enerji inqilabı qaçılmazdır.

Heç bir qrup, heç bir biznes və heç bir hökumət bunu dayandıra bilməz. Amma siz bunun ədalətli və qlobal temperatur artımını 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq üçün kifayət qədər sürətli olmasını təmin edə bilərsiniz və etməlisiniz".

"COP29 iqlim maliyyəsi üçün divarları yıxmalıdır. İnkişaf etməkdə olan ölkələr Bakını əliboş tərk etməməlidir. Razılaşma mütləqdir və əminəm ki, bu, əldə olunacaq. Bizə bu məqama cavab verən yeni maliyyə hədəfi lazımdır".

"Bütün ölkələr üzərinə düşəni etməlidir. Bu məsələdə G20 liderlik etməlidir. Onlar ən böyük imkanlara və məsuliyyətlərə malik olan ən böyük emissiyaçılardır".

"İqlim maliyyəsində itirməyə vaxt yoxdur, dünya ödəməlidir, yoxsa bəşəriyyət bunun əvəzini ödəyəcək."

Nəşr onu da qeyd edir ki, Bakı COP29-da ev sahibliyi etməklə yanaşı, danışıqlara da sədrlik edir:

“Bu,  kompromislərə vasitəçilik etmək üçün və  200-ə yaxın ölkə arasında əməkdaşlığın  göstərilməsini üçün ideal platformadır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO