Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Katrin Rassel ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilən böyük etimadın bariz nümunəsi kimi qiymətləndirilib.
Azərbaycan ilə UNICEF arasında birgə həyata keçirilən layihələr nəzərdən keçirilib, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:26 / 11.11.2024
Baş nazir UNICEF-in icraçı direktoru ilə GÖRÜŞDÜ
Hazırda oxunan: Baş nazir UNICEF-in icraçı direktoru ilə GÖRÜŞDÜ
Hazırda oxunan: Baş nazir UNICEF-in icraçı direktoru ilə GÖRÜŞDÜ
220225
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.