Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Bu gün Pakistanın Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Bu dəhşətli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - paylaşımda deyilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində yerləşən “Kvetta” dəmir yolu stansiyası yaxınlığında partlayış baş verib. Nəticədə azı 24 nəfər ölüb, 44 nəfər isə yaralanıb. İlkin məlumatlara görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:55 / 09.11.2024
Rəsmi Bakıdan Pakistana BAŞSAĞLIĞI – FOTO
Hazırda oxunan: Rəsmi Bakıdan Pakistana BAŞSAĞLIĞI – FOTO
Hazırda oxunan: Rəsmi Bakıdan Pakistana BAŞSAĞLIĞI – FOTO
219929
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.