İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik etdi

İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik etdi

Hazırda oxunan: İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik etdi

219635

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonqa təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələri uğurla inkişaf etməkdədir. Dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli qaydada möhkəmlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO