Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev Rusiya tərəfinin Bakı ilə İrəvan arasında sülh prosesinə fəal dəstəyinə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, diplomat bu barədə etimadnaməsini təqdimetmə mərasimində bildirib.
“Mən artıq Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanı vəzifəyə başlaması münasibətilə təbrik etmişəm, biz onunla Moskvada konstruktiv münasibətləri davam etdirəcəyik”, - deyə Azərbaycan diplomatı qeyd edib.
Qeyd edək ki, Putin daha əvvəl Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması üçün hər şeyi etdiyi bildirmişdi.
Bizim.Media