COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammiti çərçivəsində "Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda plenar iclas keçirilib.
Bizim.Media xəbər verir ki, iclas "Bizim planetimiz" adlı videoçarxın nümayişi ilə başlayıb.
Plenar iclasda "Dinlərin və inancların iqlim dəyişikliyi böhranına baxışı və onun planet, həyat və yaşam vasitələri üçün təsiri", "Yaşıl gələcəyin təşviqində və iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılmasında və onunla mübarizədə dini və inanc təşkilatlarının rolu", "Dinlərarası və sivilizasiyalararası dialoq vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə", "Silahlı münaqişələr, zorakılıq, ekosid və urbisid aktları ətraf mühitə zərər vurur və iqlim dəyişikliyi ilə qlobal mübarizəyə maneə yaradır" mövzuları üzrə çıxışlar səsləndirilib, müzakirələr aparılıb.
Bununla da Sammitin ilk günü işini yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:48 / 05.11.2024
Dini Liderlərin Qlobal Sammitinin ilk iş günü BAŞA ÇATDI
Hazırda oxunan: Dini Liderlərin Qlobal Sammitinin ilk iş günü BAŞA ÇATDI
Hazırda oxunan: Dini Liderlərin Qlobal Sammitinin ilk iş günü BAŞA ÇATDI
219369
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.