Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanması üçün hər şeyi edir.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə xarici ölkə səfirlərinin etimadnaməsinin təqdimetmə mərasimində deyib.
“Bizim Ermənistan və Azərbaycanla əməkdaşlığımız eyni ruhda qurulub. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün hər şeyi etmişik və edirik.
Biz 2020-2022-ci illər üçün ən yüksək səviyyədə sülh müqaviləsi, dövlət sərhədinin delimitasiyası və məlum üçtərəfli sazişlərə uyğun olaraq iqtisadi-nəqliyyat əlaqələrinin blokadadan çıxarılması üzrə işlərə yardım göstərməyə davam edəcəyik”, deyə o, qeyd edib.
Rusiya prezidenti oktyabrda Kazanda keçirilən BRİCS sammitində Azərbaycan və Ermənistan liderlərinin faydalı söhbətinə də diqqət çəkib:
“Azərbaycan və Ermənistan liderləri Kazanda keçirilən BRİCS sammitinin platformasından yararlandılar. Regionda davamlı sülhə və millətlərarası harmoniyaya nail olmaq üçün fundamental məsələlər ətrafında faydalı söhbət apardılar. Bütün bunları məmnunluqla xatırlayıram”.
Bizim.Media