Azərbaycanda noyabrın 8-də qeyd olunan Zəfər Günü həqiqət və ədalətin təntənəsidir.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın ali müftisi Ravil Qaynutdin bu gün Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində deyib.
"8 noyabr təkcə həqiqət və ədalətin təntənəsini, işğala son qoyulmasını, Ermənistanın Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımasını deyil, həm də dini məbədlərin bərpasını simvolizə edir", - o qeyd edib.
R.Qaynutdin Azərbaycan hökumətini və xalqını qarşıdan gələn bayram münasibətilə təbrik edib. "Uca Allahdan qardaş Azərbaycanın inkişaf etməsini və çiçəklənməsini diləyirəm", - o vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:43 / 05.11.2024
Rusiyanın ali müftisi: "8 noyabr ədalətin təntənəsidir"
Hazırda oxunan: Rusiyanın ali müftisi: "8 noyabr ədalətin təntənəsidir"
Hazırda oxunan: Rusiyanın ali müftisi: "8 noyabr ədalətin təntənəsidir"
219300
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.