Moldovanın keçmiş baş nazirinin sualına İlham Əliyevdən CAVAB...

Moldovanın keçmiş baş nazirinin sualına İlham Əliyevdən CAVAB...

Hazırda oxunan: Moldovanın keçmiş baş nazirinin sualına İlham Əliyevdən CAVAB...

21928

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı Azərbaycan prezidenti İlham Əliyev Moldovanın keçmiş baş naziri Kiril Qaburiçinin suallarını cavablandırıb.

Bizim.Media xəbər verir ki, keçmiş baş nazirin sualları daha çox qlobal problemlərə yönəlib.

“Cənab Prezident, bu cür tədbirin təşkilinə görə sizə təşəkkürümü bildirirəm. Hamımızın bildiyi kimi, bütün dünyanı ağuşuna alan pandemiya səbəbindən normal həyatımıza davam etməkdə çətinlik çəkirik. Lakin bundan əlavə, elə problemlər də var ki, heç bir ölkə ayrılıqda onların öhdəsindən gələ bilməz. Xüsusilə də, Estoniya kimi kiçik ölkələr üçün bu daha çətindir. Qlobal istiləşmə və atmosferin çirklənməsi kimi problemləri nəzərdə tuturam. Məndə olan məlumata görə, Azərbaycan Qarabağ regionunda günəş və külək enerjisi stansiyaları yaratmağı planlaşdırır. Cənab Prezident, sizin fikrinizcə dünya ölkələri bu cür qlobal problemlər ətrafında birləşə biləcəkmi? Və biz bununla mübarizə aparmaq üçün hansı tədbirlər görməliyik?”- deyə baş nazir çıxışında bildirib.

İlham Əliyevin Kiril Qaburiçə cavabı isə bu cür olub:

“Sualınıza görə təşəkkür edirəm. Qlobal əməkdaşlığa necə nail ola biləcəyimiz barədə suala cavab vermək çətindir. Düşünürəm ki, ölkələr bu məsələnin həlli üçün danışmaqdan daha çox əməli tədbirlər görməlidir. Azərbaycan təbii enerji ehtiyatları ilə zəngin ölkə olmasına baxmayaraq, ekoloji cəhətdən təmiz enerjiyə investisiyalar ayırmağa davam edir. Azərbaycan dünyanın gələcəyi qarşısında məsuliyyətini başa düşür və ekoloji cəhətdən təhlükəsiz enerji mənbələrindən istifadəni günbəgün daha da artırır” 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO