Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başladı - Cahid Bağcı səs verdi

Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başladı - Cahid Bağcı səs verdi

Hazırda oxunan: Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başladı - Cahid Bağcı səs verdi

218968

Prezident seçkilərinin ikinci turu ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsi mayın 20-də yerli vaxtla saat 08:00-də səsverməyə açılıb.

 

Sfera.az “AzərTac”a istinadən xəbər verir ki, Bakı və Naxçıvanda yaşayan türkiyəli vətəndaşlar səhər saatlarından etibarən Azərbaycanın Türkiyə səfirliyinə, həmçinin Gəncə və Naxçıvandakı baş konsulluqların binalarına gələrək öz namizədlərinə səs verirlər.

 

Səsvermə prosesinə mayın 22-də yekun vurulacaq.

 

Qeyd edək ki, Türkiyədə mayın 14-ü keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçirilir. Seçkilərin ikinci turunda qalib gələn iki namizəddən biri Türkiyə Prezidenti olacaq.


 

Seçkilərin 2-ci turunda mübarizə aparan hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan ilk turda 49,52%, müxalifət lideri Kamal Kılıçdaroğlu isə 44,88% səs toplayıb.


***

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı səs verib.

“Ölkəmiz və millətimiz üçün xeyirli olmasını diləyirəm”, - deyə səfir tviter hesabında paylaşım edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO