Hindistan yenə Ermənistanı SİLAHLANDIRIR – İrəvan növbəti təxribatlara hazırlaşır?

Hindistan yenə Ermənistanı SİLAHLANDIRIR – İrəvan növbəti təxribatlara hazırlaşır?

Hazırda oxunan: Hindistan yenə Ermənistanı SİLAHLANDIRIR – İrəvan növbəti təxribatlara hazırlaşır?

218809

Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti Hindistandan "Su-30MKI" qırıcısı və xüsusi silah sistemləri almaq üçün danışıqlara başlayıb. Məlumata görə, İrəvan Hindistandan 8-12 ədəd qırıcı təyyarəsi alacaq.

Məlumatda qeyd olunub ki, hazırda Ermənistanın qırıcı parkı 2019-cu ilin yazında əldə edilmiş dörd "Su-30SM Flanker-C" və təxminən on beş köhnə "Su-25K"dən ibarətdir.
 

MÖVZU İLƏ BAĞLI:

Hindistan Ermənistana ballistik raketlər TƏDARÜK EDİR


Xatırladaq ki, Ermənistan Rusiyadan "Su-30SM" qırıcısı sifariş etsə də, bu təyyarələr beş ildir İrəvana təhvil verilməyib. Ona görə də Rusiyadan əli üzülən İrəvan indi də Hindistana üz tutub.

Belədə isə görünən odur ki, Fransa, ABŞ kimi Hindistan da Ermənistanı silahlandırmaqda davam edir.

Ermənistanın silahlanmaqda məqsədi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, Ermənistanın silahlandırılması onu yeni hərbi kampaniyaya hazırlamaq məqsədi daşıyır:

“Ermənsitanın hərbi hazırlıqları gözəçarpacaq dərəcədə diqqət mərkəzindədir. Çünki onu ört-basdır etmək olmaz. Silah verilməsi, Qərbin siyasi, hərbi-texniki və mənəvi cəhətdən Ermənistana dəstək göstərməsi ondan xəbər verir ki, bu ölkəni əməlli başlı yeni hərbi kampaniyaya hazırlayırlar. Sızan məlumatlardan da duyulur ki, qarşıdan gələn iki il həlledici olacaq. Çox güman, Ermənistan qarşısında da məsələ qoyulub ki, iki il ərzində ordu sıralarında yenidənqurma işləri aparsın və nəhayətdə Azərbaycana hücumlar edilsin”.

Həmsöhbətimiz bildirir ki, bu məsələlərin önündə dayanan qüvvələr neoimperiya qüvvələridir:

“Bu məsələlərin önündə Ermənistanın bir  o qədər də rolu yoxdur. Onun önündə dayananlar neoimperiya qüvvələridir. Qərbə lazımdır ki, Rusiya sərhədləri boyunca qaynar nöqtələrin sayı artsın və özləri üçün dayaq nöqtələri olsun. Dayaq nöqtələrindən biri də Cənubi Qafqazdır”.

Ekspert qeyd edir ki, Ermənistan bütün hallarda Qərbin verdiyi tapşırıqların öhdəsindən gələ bilməyəcək:

“Çünki Azərbaycan güclüdür. Azərbaycan regionda hərc-mərclik yaratmağa imkan verməyəcək. Türkiyə də Azərbaycanla həmahəng fəaliyyət göstərir. Ermənistan kimdən silah alsa da, bunlar onun problemlərini həll etməyəcək. Ermənistan suveren dövlət olsaydı, çoxdan Azərbaycanla sülh məsələsində razılığa gələrdi. Odur ki, nə qədər hərbi təyyarələr alsalar da, bunlar Ermənistanı xilas etməyəcək. Onun cazibəli gələcəyi görünmür. Belə olan halda onlar yenə də faciə ilə üz-üzə qalacaqlar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO