Tezliklə Şuşada Bakı Musiqi Akademiyasının filialını açacağıq.
Bunu Bizim.Media-a açıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib:
“Filialı tikdirmək üçün mənim sponsorlarım da var. Və həmin binada “Koroğlu” operasının sədaları da gələcək. O gün mənim ən xoşbəxt günüm olacaq. Mütləq biz o filialı açacağıq”.
Xalq artisti deyir ki, Şuşada Xarıbülbül festvalı bərpa edəcəyik:
“1989-1990-cı illərdə Şuşada Xarıbülbül festvalı təşkil olunmuşdu. Bütün dünyadan folklor ansambları festivala iştirak etmişdilər. Bizim belə musiqi bayramlarımız bərpa olunacaq. Yenilərini də təşkil edəcəyik. Səbirsizliklə Şuşa ilə bağlı planlarımızı həyata keçirəcəyim günü gözləyirəm”.
F.Bədəlbəyli əlavə etdi ki, müzəffər Azərbaycan ordusuna hərbi maarş bəsləyib:
“Hərbi marşın sözləri bizim prorektor Yeganə Axundovanındır. Çox yaxşı alınıb. Hazırda məşqlər gedir, yaxın vaxtlarda bu bəstəni təqdim edəcəyik”.
Xalq artisti Şuşada ev də tikdirmək də istəyir: “Şuşanın suyu, havası başqa dünyadır. Ömrümün qalan hissəsini orada yaşamaq istəyirəm. Bilirəm ki, Şuşada yaşasam, ömrüm də uzanacaq”.
Gülşanə Mustafayeva, Bizim.Media
![Fərhad Bədəlbəylinin ŞUŞA PLANI Fərhad Bədəlbəylinin ŞUŞA PLANI](https://bizim.media/file/articles/2020/11/07/1604738014_big_1501244778_1501243370_64769977ff0ea8a60d3b97cf7ef9efbc_1513247280.jpg)
- A-
- A
- A+
Siyasət
12:30 / 07.11.2020
Fərhad Bədəlbəylinin ŞUŞA PLANI
Hazırda oxunan: Fərhad Bədəlbəylinin ŞUŞA PLANI
Hazırda oxunan: Fərhad Bədəlbəylinin ŞUŞA PLANI
2187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.