“Elementar diplomatik etiket qaydalarına əməl etməyi bacarmayan Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsi ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir”.
Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistanın “Hetq” media qurumuna müsahibəsində Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialara münasibət bildirərkən deyib.
XİN rəsmisi bildirib ki, müsahibədə Azərbaycan ərazisində işğala və separatçılığa son qoyan tədbirlərin hədəf alınması, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar, Ermənistanın “yarımçıq sülh” fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər absurd yanaşmalar ilk növbədə Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir:
“Fransanın bölgədə eskalasiyanı davam etdirməyə yönələn davranışları və təxribatları bu ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edib”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:52 / 31.10.2024
Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinə CAVAB VERDİ
Hazırda oxunan: Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinə CAVAB VERDİ
Hazırda oxunan: Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinə CAVAB VERDİ
218676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.