İlham Əliyev Konqo Demokratik Respublikasının yeni səfirini qəbul edib - FOTO/VIDEO

İlham Əliyev Konqo Demokratik Respublikasının yeni səfirini qəbul edib - FOTO/VIDEO

Hazırda oxunan: İlham Əliyev Konqo Demokratik Respublikasının yeni səfirini qəbul edib - FOTO/VIDEO

218585

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Konqo Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İvan Vanqu Nqimbinin etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizə müxtəlif istiqamətlərdə yeni təkan verilməsinin zəruriliyini qeyd edərək, siyasi əlaqələrin yaxşı səviyyəyə çatdığını, ticarət və iqtisadi sahələrdə isə görüləsi çox işlərin olduğunu deyib.

Dövlətimizin başçısı beynəlxalq təşkilatlar, ilk növbədə, BMT və Qoşulmama Hərəkatı çərçivəsində bu günə qədər ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı və bunun gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Səfir ilk növbədə Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedinin salamlarını və Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi ilə bağlı təbriklərini dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Konqo dövlətinin başçısına çatdırmağı xahiş edib.

Səfir Azərbaycan ilə Konqo arasında təhsil, bank, maliyyə, mədənçilik, təhlükəsizlik sektorlarında və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir Konqo Demokratik Respublikasının Prezidentinin bu tədbirdə iştirak edəcəyini vurğulayıb.

Prezident İlham Əliyev Konqo Prezidentinin COP29 tədbirində iştirak edəcəyindən məmnunluğunu bildirib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO