Prezident:

Prezident: "Ermənistan konstitusiyasında Türkiyəyə ərazi iddiası var"

Hazırda oxunan: Prezident: "Ermənistan konstitusiyasında Türkiyəyə ərazi iddiası var"

21856

“Nizami Mərkəzinin çox üzvü bilmir ki, Ermənistan konstitusiyasında onların Türkiyəyə ərazi iddiaları var. Bu, gülüncdür. Ərazisi kiçik, əhalisi az olan ölkənin, böyük ölkəyə və NATO-da ABŞ-dan sonra ikinci orduya sahib olan Türkiyəyə qarşı ərazi iddiaları var. Bu, gülüncdür”. 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışında deyib.

Dövlət başçısı bildirib ki, onlar Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasalar, vəziyyəti hətta müharibədən əvvəl olduğundan da pis olacaq. 

Azərbaycan Prezidenti vurğulayıb ki,  ermənilər realist düşüncəli olmalı, bizimlə, Türkiyə ilə münasibətləri normallaşdırmalı, gürcü kilsələrinə iddialar irəli sürməyə son qoymalıdırlar:

“Siz bəlkə də bilmirsiniz, lakin onlar rəsmi olaraq iddia edir ki, Gürcüstandakı kilsələrin əksəriyyəti erməni kilsələridir. Onların hər kəsə iddiaları var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO