Hikmət Hacıyev “Washington Post”u SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda” ilə müqayisə etdi - FOTO

Hikmət Hacıyev “Washington Post”u SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda” ilə müqayisə etdi - FOTO

Hazırda oxunan: Hikmət Hacıyev “Washington Post”u SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda” ilə müqayisə etdi - FOTO

218426

Azərbaycan Prezidentinin köməkçisi, xarici siyasət məsələləri üzrə Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev "The Washington Post"da Ceff Bezosun dərc etdiyi məqaləni X-də paylaşıb.

Bizim.Media xəbər verir ki, Hacıyev "The Washington Post" və ABŞ Konqresinin bəzi rəsmilərinin Azərbaycana qarşı aparılan çirkin təbliğat kampaniyasına diqqət çəkərək, COP29-dan əvvəl bu məqaləyə nəzər salmağı tövsiyə edib:

"Bezos cəsarətli və ədalətli tənqidində "The Washington Post" və digər KİV-lərin etibarlılıq səviyyəsinin nə qədər aşağı düşdüyünü nümayiş etdirir. O, qurban obrazının yaradılmasının faydasız olduğunu da vurğulayır.

"İllik ictimai rəy sorğularında jurnalistlər və KİV-lər davamlı olaraq ən aşağı pillələrdə, bəzən Konqresdən bir az yuxarıda olurdular. Ancaq bu ilin Gallup sorğusunda biz artıq Konqresdən də aşağı düşməyi bacardıq. İndi peşəmizə daha az etibar olunur."

"Etibarının olmaması yalnız The Post-a xas deyil."

"The Washington Post" və "The New York Times" mükafatlar alsa da, getdikcə yalnız müəyyən bir elitaya müraciət edirlər. Daha çox biz özümüzlə danışmağa başlayırıq."

Amma Bezosun məqaləsi milli səviyyədəki problemlərə toxunarkən, qlobal səviyyədə etibarının son dərəcə aşağı olduğunu qeyd edir. Dünyada qara ilə ağın fərqləndirilməsi yaxşı bilinir. Çirkin təbliğat qlobal miqyasda yalnız nifrət və etimadsızlıq doğurur.

"The Washington Post-dakı yoldaşlar, sizin üslubunuz və metodologiyanız mənə SSRİ-nin son günlərindəki "Komsonolskaya Pravda"nı xatırladır," – deyə H. Hacıyev yazıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO