Türkiyəli səfir: “COP29-u Azərbaycanı daha da gücləndirəcək qlobal tədbir kimi görürük”

Türkiyəli səfir: “COP29-u Azərbaycanı daha da gücləndirəcək qlobal tədbir kimi görürük”

Hazırda oxunan: Türkiyəli səfir: “COP29-u Azərbaycanı daha da gücləndirəcək qlobal tədbir kimi görürük”

218365

“Qlobal sistemin Cənubi Qafqazda təmin edə bilmədiyi ədalət və təhlükəsizlik qəhrəman Azərbaycan Ordusunun qəti qələbəsi nəticəsində əldə olundu. Bununla da regionda qanayan yara bağlandı. Sülh, əmin-amanlıq, sabitlik və firavanlıq dövrünün qapıları açıldı. Regionda davamlı sülhü təmin etmək, inkişafa başlamaq və əlaqələri artırmaq üçün tarixi fürsət yaranıb. Bu fürsətdən səmərəli istifadə etmək bizim borcumuzdur”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakıda Türkiyə Respublikasının yaranmasının 101-ci ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.

Səfir qeyd edib ki, Azərbaycanla həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi enerji layihələri ilə ölkələrimizin strateji əhəmiyyəti daha da artıb:

"Başda müdafiə sənayesi olmaqla enerji sahəsində güclü əməkdaşlığımızı hər sahədə inkişaf etdirmək və ölkə başçılarımızın hədəflədiyi 8 milyard dollara yaxınlaşan ikitərəfli ticarət həcmimizi 15 milyard dollara çatdırmaq əzmindəyik. Biz ölkələrimiz arasında hər sahədə qurulan güclü əməkdaşlığı qardaşlığımızı möhkəm və sarsılmaz edəcək yeni körpülər kimi görürük. Bu baxımdan Türkiyənin ən güclü üç universitetinin dəstəyi ilə təhsil həyatına başlayan Türkiyə-Azərbaycan Universiteti böyük əhəmiyyət kəsb edir".

O əlavə edib ki, bu gün Azərbaycan yüksək təşkilatçılıq keyfiyyətlərinə əsaslanaraq böyük beynəlxalq tədbirə ev sahibliyi etmək ərəfəsindədir:

“Bu baxımdan qardaş Azərbaycanın COP29 sammitini ən yaxşı şəkildə keçirəcəyinə ürəkdən inanır və bu işdə uğurlar arzulayırıq. Biz COP29-u Azərbaycanı daha da gücləndirəcək qlobal tədbir kimi görürük. Türkiyə olaraq bu tədbirdə ən yüksək səviyyədə iştirak edəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO