“Kazanda diqqətləri üzərinə çəkənlərdən biri də Nikol Paşinyan idi. İlham Əliyevlə ünsiyyətində mimika və jestləri bu dəfə də kameralarda əks olundu. Proqnozlaşdırılan İlham Əliyev-Paşinyan danışıqları Kazanda baş tutdu. Hər iki lider sonuncu dəfə ilin əvvəlində Münxendə görüşmüşdü. Fevralın 17-dəki görüş İlham Əliyevlə Paşinyanın ilk təkbətək görüşü idi. Yəni vasitəçisiz”.
Bizim.Media xəbər verir ki, bu fikirlər İTV televiziyasının “Yekun xəbər” proqramında deyilir.
“Münxen görüşündən sonra danışıqlarda müəyyən qədər passivlik qeydə alınırdı. O durğunluq Kazanda sona çatdı.
Sammitdə eyni masa ətrafında yan-yana oturan İlham Əliyevlə Paşinyanın söhbəti. Azərbaycan Prezidenti Ermənistanın baş nazirinə nəyisə izah edir. Ümumiyyətlə, sammit zamanı iki lider bir-biri ilə xeyli söhbət idi. Bu kardrda isə Paşinyan danışır, İlham Əliyev dinləyir və gülümsəyirdi.
İlham Əliyevlə Paşinyanın qeyri-rəsmi söhbəti rəsmi görüşlə əvəzləndi. İkitərəfli görüşdə Paşinyanın gülən halından əsər-əlamət qalmamışdı. Bu dəfə də özündən əmin yalnız İlham Əliyev idi. Bir az əvvəl gülən Paşanyanın üzünü turşutması nəyə işarə idi?”, deyə aparıcı qeyd edib.
Daha ətraflı videomaterialda:
Bizim.Media