Yəhudi siyasi ekspert Azərbaycan xalqına müraciət etdi - Arye Qutdan ÖZƏL AÇIQLAMA

Yəhudi siyasi ekspert Azərbaycan xalqına müraciət etdi - Arye Qutdan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Yəhudi siyasi ekspert Azərbaycan xalqına müraciət etdi - Arye Qutdan ÖZƏL AÇIQLAMA

21785

“Azərbaycan xalqına müraciət edib demək istəyirəm ki, İsrail dövləti və xalqı üçün təhlükəsizlik baxımından son 10 günlük vəziyyət çox ağır idi. Dünya mediasında elə göstərirlər ki, guya İsrail müharibə istəyir, İsrail savaş axtarır. Amma real olaraq bu belə deyil” deyən siyasi analitik Arye Qut bildirdi ki, HƏMAS terror təşkilatı İrandan dəstək alaraq İsrailə qarşı və dinc əhaliyə qarşı raket hücumları həyata keçirir.

Bizim.Media-ya eksklüziv açıqlamasında Arye Qut əlavə etdi ki, biləsiz ki HƏMAS terrorçuların İsraili hədəf aldığı raketlər 100 dollar civarındadır, İsrail əsgərəri əhalini qorumaq və müdafiə etmək üçün 40.000 dollarlıq raketdən istifadə edir və ölülərin sayını faktiki olaraq azaldır. 10 gün ərzində İsrail dövləti 3.000 HƏMAS raket hücumuna məruz qalıb:
 

“Buna baxmayaraq yaxşı ki, İsraildə "Dəmir Qübbə (İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısa məsafəli hava hücumundan müdafiə sistemidir) raket kompleklsi var və bunun vasitəsilə İsrail səması müdafiə olunur.


Fakt ondadır ki, HƏMAS terrorçuları 3 min raket buraxıblar, amma onların yalnız 10 faizi hədəfinə çatıb. Yəni, faktiki olaraq İsrailə atılan raketlərin 90 faizi məhv edilib. Bunun özü də İsrailin hərbi gücünü və hərbi texnologiyasını isbatlayan önəmli strateji nüanslardandır. 

Onu da qeyd edək ki, "Dəmir Qübbə" bu gün Azərbaycanın Ordusunda da var. Bu isə özü-özülüyündə İsrail-Azərbaycan dostluq və qardaşlığını göstəricisidir. Azərbaycanda İsrail silahının həcmi və onun rəsmi Bakı üçün əhəmiyyəti artıq çoxdan məxfiliyini itirib.

Bununla yanaşı, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində möhtəşəm və nəzərə çarpacaq nailiyyətləri İsrail texnologiyasının yüksək keyfiyyətini, o cümlədən pilotsuz uçuş-kamikadze aparatı- "Harop", "Lora" operativ-taktiki raket komplekslərinin, eləcə də, müxtəlif İsrail ballistik raketlərini, Spike, Spike-NLOS raketlərini ortaya qoydu.

"İsrail və Azərbaycan arasında tərəfdaşlıq sıx, etibarlı və qarşılıqlı təminata söykənir. İsrail-Azərbaycan münasibətləri strateji əməkdaşlıq xarakteri daşıyır və dövlətlərarası, siyasi və hərbi-texniki tərəfdaşlığımız ən yüksək səviyyədədir.

Bir neçə il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Baş nazir Binyamin Netanyahu ilə görüşü zamanı iki ölkə arasındakı hərbi əməliyyatların həcminin 5 milyard dollar olduğunu söyləyib. Regional miqyasda bu çox böyük bir məbləğdir.

Buraya kəşfiyyatdan zərbə vurmağa qədər İsrail istehsalı olan yüksək dəqiqlikli raketlər daxilində geniş bir pilotsuz uçuş vasitəsi daxildir. Tank və təyyarələrin, radarların, elektron silahların yüksək məhsuldarlığı Azərbaycan ordusunun erməni işğalçıları üzərində parlaq qələbəsi ilə başa çatan ikinci Qarabağ müharibəsi zamanı sübut edildi" - deyə Arye Qut bildirib.

“Siz gözəl bilirsiz ki, 10-15 illik informasiya mübarizəsində və erməni lobbisi ilə mən Azərbaycan üçün fəal çalışmışam və hazırda son nəfəsimə qədər da çalışacam. Çünki mənim üçün Azərbaycan ATA VƏTƏN, İsrail isə ANA VƏTƏNDİR. Hesab edirəm ki, biz bu informasiya müharibəsini hər gün öz işində  davam etdirməliyik.  

Bizdən soruşurlar ki, “Nə üçün siz İsrailə dəstək verir, İsraili müdafiə edirsiniz?”. Bu məqamda bir sual yaranır: Necə olur ki, illər boyu Fələstin Müxtariyyəti ilə HƏMAS təşkilatı İsrailə qarşı siyasət aparır.

Digər tərəfdən son müharibə zamanı İsrail hansı dövlətin tərəfində olduğunu açıq-aydın göstərdi. Və İrəvanla Bakı arasında məhz Azərbaycanı seçdi. Ümumiyyətlə, 1993-cü ildən bu yana İsrail Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir. Bu əməkdaşlıq yalnız hərbi elita səviyyəsində yox, eyni zamanda siyasi müstəvidə də mövcuddur.
 

İsraildə hakimiyyətdə kim olursa olsun, Azərbaycan İsrail üçün Cənubi Qafqaz regionunda bir nömrəli və ən önəmli ölkədir. Ermənilər bir faktı heç cür “həzm edə” bilmirlər ki, Cənubi Qafqazda İsrailin strateji tərəfdaşı olan Azərbaycan bu hərbi-strateji tərəfdaşlıq sayəsində postsovet məkanında heç bir başqa ölkənin malik olmadığı texnoloji üstünlüklər qazanır.


Bu, bizim tərəfdaşlığımızın paxıllığını çəkənlərə real və həqiqi cavabdır. İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, bu iki dövlət arasında siyasi və hərbi-texniki tərəfdaşlıq ən yüksək etimada və daimi dialoqa əsaslanır.

Təsəvvür edin ki, 2005-ci ildən İsrail Qəzza bölgəsini buraxıb və bu gün faktiki olaraq həmin ərazidə İsrailin yaratdığı innovasiyalar, kənd təsərrüfatı obyektləri, məscid, sinaqoqlar fəaliyyət göstərirdi.

Ermənilərdən fərqli olaraq yəhudilər bu əraziləri yandırmayıb, dağıtmayıblar. Hətta onlara təklif olunmuşdu ki, gəlin burada İsrailin yardımı ilə yeni dövlətinizi qurun. 2005-ci ildən bu yana “Həmasstan” dövləti öz ölkəsi və milləti üçün heç bir iş görməyib.  Onlar normal dövlət yaratmaq əvəzinə açıq aydın terror dövləti yaradıblar.

Bu ərazilərdə məscidlər, məktəb-univesitet, mədəniyyət evləri yaratmaq yerinə HƏMAS dövləti Qəzzada özünə terror təşkilatı və terror dövləti yaradıblar. Məzlum fələstin xalqının və uşaqların gələcəyi haqqında heç kim düşünmək belə istəmir. Amma dünya bunu bilmir ki bu gün İsrail dövlətinin koməyi və dəstəyi olmasa Qəzza bölgəsində nə qaz, nə işıq, nə petrol mümkün olmazdı. HƏMAS heç zaman öz xalqı haqqında düşünməyib.

Biz başa düşürük ki, Ankarada İsrailə qarşı belə bir "eqo münasibəti" mövcuddur. Amma heç bir dövlət nə rəsmi Ankara, nə də rəsmi Tehran İsrail kimi güclü ölkə olaraq raket hücumlarına məruz qalsaydı, dözə bilməzdi. Ona görə də İsrail dövləti və İsrail ordusu öz xalqını, millətini qorumalıdır. 
 

Mən başa düşürəm ki, Azərbaycan dövləti düzgün çoxvektorlu və uğurlu siyasətə malikdir. Amma Azərbaycan İsrail üçün necə bir əhəmiyyət kəsb edirsə, İsrail də Azərbaycan üçün o qədər dəyərlidir. Bununla yanaşı, bizim münasibətlərin əsası hərbi və ya neft biznesləri deyil. Azərbaycan-İsrail münasibətlərinin bazisi iki dövlətin, iki xalqın dostluğudur.


Mən İsraildə Azərbaycan kökənli insan olduğum üçün hər zaman bütün beynəlxalq platformada deyirəm ki, Azərbaycanda yəhudilərə ən yüksək dostluq, multikultural harmoniya münasibəti bəslənir. Mən bilirəm və hiss edirəm ki, Azərbaycan xalqı İsrail dövləti üçün və yəhudilərə görə çox narahatdır. 

İsraildə olan Azərbaycan kökənli insanlar adından Sizin sayta ürəkdən təşəkkür edirəm. Ona görə ki, biz İsraildə yaşasaq da, ürəyimiz hər zaman Azərbaycanla döyünür”. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO