İlham Əliyev terror aktı ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

İlham Əliyev terror aktı ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Hazırda oxunan: İlham Əliyev terror aktı ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

217476

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Ankarada aerokosmik şirkətinin yaxınlığında terror aktı - VİDEO


“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,


Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu xain terror aktını şiddətlə qınayır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.

Xatırladaq ki, dünən Ankara şəhərində TUSAŞ aerokosmik müəssisəsində terror aktı törədilib. Nəticədə 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Hücum edən hər iki terrorçu məhv edilib.  Türkiyənin Daxili İşlər Nazirliyi Əli Yerlikaya deyib ki, yaralananlardan 3-ü xəstəxanadan buraxılıb.

Yeri gəlmişkən, terror aktını PKK terror təşkilatının üzvləri həyata keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO