Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin paytaxtında TUSAŞ aerokosmik şirkətində törədilmiş terror aktını pisləyib.
Bizim.Media xəbər verir ki, bununla bağlı XİN-nin rəsmi “X” hesabında paylaşım edilib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Ankarada aerokosmik şirkətinin yaxınlığında terror aktı - VİDEO
“Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktını qətiyyətlə pisləyirik.
Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!” - paylaşımda qeyd edilib.
Bizim.Media