İlham Əliyevdən Minnixanova: "Bu, mənim üçün böyük sürprizdir"

İlham Əliyevdən Minnixanova: "Bu, mənim üçün böyük sürprizdir"

Hazırda oxunan: İlham Əliyevdən Minnixanova: "Bu, mənim üçün böyük sürprizdir"

217434

"Belə yüksək mükafata görə təşəkkür edirəm. Bu, mənim üçün həqiqətən də böyük sürprizdir. Bu barədə təyyarə Kazana enəndə öyrəndim".

Bizim.Media xəbər verir ki, bunu oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşdə deyib.

Onun sözlərinə görə, Tatarıstan Respublikasının yüksək ordeni ilə təltif olunmaq böyük şərəfdir:

"Bütün Azərbaycan xalqı adından, şəxsən öz adımdan bir daha Sizə təşəkkür edirəm. Elə təyyarədə Sizin Azərbaycana və Bakıya sonuncu səfərinizi xatırlayırdım. Siz həm Cəbrayılda, həm də Zəngilanda tatar icması ilə birlikdə Sabantuy bayramında iştirak edirdiniz. Hədiyyəyə görə də sağ olun. Biz hədiyyələri elə Sizin olduğunuz həmin bölgələrə - Zəngilana, Cəbrayıla göndərəcəyik, orada onlara çox ehtiyac var. Bu mükafata görə Sizə bir daha təşəkkürümü bildirirəm".

Xatırladaq ki, Tatarıstan Respublikası Rəisi Rüstəm Minnixanovun Fərmanı ilə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə Prezident İlham Əliyev “Dostluq” ordeni ilə təltif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO