Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bizim.Media xəbər verir ki, Ərdoğan bununla bağlı rəsmi "X" hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan "3+3" çərçivəsində dörd ölkənin XİN başçılarını QƏBUL ETDİ - FOTO/VİDEO
"Dostumuz, qardaşımız: "bir millət, iki dövlət" şüarına sahib olduğumuz Azərbaycanın 18 oktyabr - Müstəqilliyinin Bərpası Gününü ən səmimi arzularımla təbrik edirəm.
Dəyərli qardaşım, Prezident İlham Əliyev və bütün Azərbaycan xalqına Türkiyənin salamını və məhəbbətini çatdırıram", - o bildirib.
Bizim.Media