İranda mühüm TOPLANTI – Zəngəzur dəhlizinə alternativ dəmir yolunun STRATEJİ ÖNƏMİ

İranda mühüm TOPLANTI – Zəngəzur dəhlizinə alternativ dəmir yolunun STRATEJİ ÖNƏMİ

Hazırda oxunan: İranda mühüm TOPLANTI – Zəngəzur dəhlizinə alternativ dəmir yolunun STRATEJİ ÖNƏMİ

216634

Azərbaycan dünyaya yeni seçim imkanları təklif edir. Bu təkliflər cəlbedici olduğu qədər əhəmiyyətlidir. Çünki Ukrayna-Rusiya müharibəsi və Yaxın Şərqdə davam edən münaqişə Avrasiyadakı bir çox dəhlizləri iflic edib. Ona görə də Azərbaycan üzərindən keçən Şimal-CənubŞərq-Qərb dəhlizlərinə son zamanlar maraq artıb.

Bu maraq qonşu dövlətlərlə əməkdaşlığı dərinləşdirir.
 

MÖVZU İLƏ BAĞLI:

Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu ilə bağlı MÜHÜM GÖRÜŞ – FOTO


Məsələn, İran hökümətinin dəvəti ilə  “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə olub. Səfər  çərçivəsində Rövşən Rüstəmov İranın dəmir yolu administrasiyasının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşüb.


Görüş zamanı İran ərazisi vasitəsilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat marşrutu və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlıq müzakirə edilib. İranın ərazisindən keçməklə Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsi təmin edəcək dəmir yolu xəttinə dair ötən il razılaşdırılmış konseptual layihə çərçivəsində ortaq maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlığa dair danışıqlar zamanı isə dəhlizin inkişafı və yük dövriyyəsinin artırılması müzakirə edilib.


Dəhlizin inkişafına kimlər maraqlıdır?

Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinə təkcə qonşu ölkələr deyil, region dövlətləri də ciddi maraq göstərir. Təsadüfi deyil ki, 15-16 oktyabr 2024-cü il tarixlərində Pakistanın paytaxtı İslamabadda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının 15-ci iclasında müzakirə edilən məsələlərdən biri də məhz Şimal-Cənub və Qərb-Şərq dəhlizləri olub.


Hətta Rusiyanın baş naziri Mixail Mişustin bəyan edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ticarət üçün yeni imkanlar açacaq, biznesə əlavə imtiyazlar yaradacaq və yük axınlarını artırmağa imkan verəcək:

“Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (İTC) təkcə onilliyin ən mühüm infrastruktur layihələrindən biri deyil. Bu dəhliz Rusiya, İran və Hindistan arasında Azərbaycandan keçməklə ən səmərəli nəqliyyat əlaqələrini təmin edəcək. Hətta, gələcəkdə Süveyş kanalı vasitəsilə ənənəvi marşrutları əvəz edəcək, nəqliyyat xərclərini azaldacaq və malların çatdırılma müddətini qısaldacaq”.

“Ermənistan yenə də dəhlizlərdən kənarda qala bilər”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Orta Dəhlizin Cənub marşrutuna marağın artması təbiidir:


“Çünki, bu ən təhlükəsiz və qısa dəhlizdir. Ona görə də həm  Çin, həm Rusiya, həm Türkiyə, həm də İran bu dəhlizin genişlənib inkişaf etməsinə xüsusi maraq göstərir. Qeyd olunduğu kimi, İranın dəmir yol adminstrasiyası rəhbərliyi və ADY rəhbərliyi arasında aparılan müzakirələr də təbii ki, həm Zəngəzur dəhlizinin, həm də Şimal-Cənub dəhlizi üzrə dəmir yolunun daha qısa zamanda istifadəyə verilməsinə xidmət edir. 

Bu gün bu nəhəng nəqliyyat dəhlizlərinin böyüməsinə əngəl olmağa çalışan yalnız Ermənistandır. Amma indiki siyasət Ermənistanın milli maraqlarına uyğun deyil. Bu gedişlə Ermənistan növbəti dəfə beynəlxalq dəhlizlərdən kənarda qalacaq. Amma İran əvvəlki illərlə müqayisədə nəqliyyat dəhlizlərinin bərpası üçün Azərbaycanla münasibətləri intensivləşdirib. Bu isə həm hər iki dövlətin, həm də regional maraqlara xidmət edir”.

Orta dəhlizin Cənub marşrutunun iqtisadi potensialı


Qeyd edək ki, bu ilin 8 ayında Orta Dəhliz vasitəsi ilə 212 blok qatarı göndərlilib ki, bu da 420 min ton yük deməkdir. Amma Cənub marşrutunun imkanları bundan qat-qat artıqdır. Proqnozlara görə, ilin sonuna qədər bu marşrut üzrə 300 blok qatar yola salınacaq. Bundan əlavə, yaxın zamanlarda Çindən bu marşrut üzrə ayda 100, ildə isə 1000 blok qatarının yola salınması planlaşdırılır. 

Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım isə demişdi ki, 2030-cu ilədək Orta Dəhlizlə yük daşımalarını 11 milyon tona çatdırmaq mümkündür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO