Rəsmi Bakı Pavel Durov və Kemi Sebanın Fransada həbsini pislədi

Rəsmi Bakı Pavel Durov və Kemi Sebanın Fransada həbsini pislədi

Hazırda oxunan: Rəsmi Bakı Pavel Durov və Kemi Sebanın Fransada həbsini pislədi

216326

“Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durov və Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan şəxs kimi tanınan Kemi Sebanın siyasi əqidəsinə və fikirlərinə görə təqib olunması qəbuledilməzdir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə onların Fransa hüquq mühafizə orqanları tərəfindən saxlanılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, P.Durov və K.Seba barəsində həbs qətimkan tədbiri seçilməsi Fransada fundamental insan haqlarının pozuntusudur:

"Fransa tərəfi aidiyyəti istintaqı tam şəffaf və ədalətli şəkildə aparmalı və beynəlxalq ictimaiyyət müvafiq olaraq məlumatlandırılmalıdır.

Hesab edirik ki, Fransada siyasi motivli bu kimi həbslər Avropa İttifaqı, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının aidiyyəti qurumları tərəfindən araşdırılmalı, müvafiq qiymət verilməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO