İran Aviasiya Təşkilatı qərar verdi: "Azərbaycan dilində danışmaq qadağandır"

İran Aviasiya Təşkilatı qərar verdi: "Azərbaycan dilində danışmaq qadağandır"

Hazırda oxunan: İran Aviasiya Təşkilatı qərar verdi: "Azərbaycan dilində danışmaq qadağandır"

216149

İran Aviasiya Təşkilatı ölkədəki aviaşirkətlərə Azərbaycan dilində salamlama və anonsların qadağan olunması ilə bağlı qərar verib.

Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə qurumun sözçüsü Cəfər Yazərlu bəyan edib.

O, Şərqi Azərbaycana məxsus "ATA" aviaşirkətinin təyyarə bələdçisinin "xoş gəldiniz" anonsunun tAzərbaycan dilində səsləndirməsində heç bir xüsusi niyyət olmadığını açıqlayıb.

 

"Bundan sonra hər hansı anlaşılmazlığın qarşısını almaq üçün İran Hava Yolları Şirkətlərinə məxsus sərnişin təyyarələrində fars və ingilis dillərindən başqa heç bir dildə sərnişinlərə "xoş gəlmişsiniz" deyilməməli, qeyd olunan iki dildən başqa hər hansı bir dildə qonaqlar qarşılanmamalıdır", - deyə Cəfər Yazərlu vurğulayıb.


Onun sözlərinə görə, təyyarə bələdçisinin bu ifadəsinin sosial şəbəkələrdə paylaşılması bir sıra tənqidlərlə qarşılanıb.

Qeyd edək ki, videonu paylaşan "ATA" aviaşirkətinin sahibi güneyli Məhəmmədrza Zunuzi Tehran-Təbriz aviareysində təyyarə bələdçisinin sərnişinləri "xoş gəldin" ifadəsi ilə qarşılamasının siyasiləşdirilməsini və bunun separatçılıq aktı olmasını iddia edənləri tənqid edib.
 

O, aviaşirkətdə separatçılığın başlaması iddiasının mediada belə işıqlandırılmasına toxunaraq deyib: "Separatçı sizsiniz və sizin əcdadınızdır. Nə baş verib? Yalnız tapşırılıb ki, qonaqlara fars və ingilis dilləri ilə yanaşı, Azərbaycan dilində də "xoş gəldiniz" deyilsin. Bunun harası separatçılıqdır, konstitusiyada qeyri-fars dillərdən istifadə hüququ yer almayıb? Tarixi oxuyun və görün nə olub. İranın ali rəhbəri, prezident Azərbaycan dilində danışmır? Öz şəhərimizdə, Təbrizdə də Azərbaycan dilində danışmamalıyıq? Bu nə qanundur?", - deyə Zunuzi əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO